"Aİ Ermənistan məsələsində özünü vasitəçi kimi nüfuzdan saldı" – Zaxarova

   "Aİ Ermənistan məsələsində özünü vasitəçi kimi nüfuzdan saldı" –    Zaxarova
  04 Oktyabr 2023    Oxunub:1053
Avropa İttifaqı təkcə Balkanda deyil, həm də Ermənistanla bağlı vəziyyətdə vasitəçi kimi özünü tamamilə nüfuzdan salıb.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, avropalılar böyük vədlər versələr də, vəziyyətin partlayış həddinə gəlməsinə səbəb olan təxribatlardan başqa heç nə etmədilər.

"Brüssel atəşkəsi razılaşdırmaq və humanitar yardım göstərmək fikrində deyildi", - Zaxarova qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zaxarova  





Xəbər lenti