Netanyahu: "İran səfalət, İsrail isə tərəqqi və sülh ixrac edir"

   Netanyahu:    "İran səfalət, İsrail isə tərəqqi və sülh ixrac edir"
  04 Oktyabr 2023    Oxunub:757
İran İslam ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması prosesinin qarşısını ala bilməz.
AzVision.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İran rəhbərinin çıxışından bir neçə saat sonra onun narazılığına cavab olaraq belə bəyantala çıxış edib.

“İranın terrorçu rejimi dağıntı və səfalət ixrac etdiyi halda, İsrail tərəqqi və sülhü təşviq edir”, - Netanyahu deyib.

İranın 2020-ci ildə “İbrahim razılaşması”nın əldə edilməsinə mane ola bilmədiyinə eyham vuran Netanyahu, İran hökumətinin İsrail vətəndaşlarının, region xalqlarının və bütün bəşəriyyətin xeyrinə sülh dairəsinin genişlənməsini dayandıra bilməyəcəyini də söyləyib.
AzVision.az


Teqlər: İran   İsrail  





Xəbər lenti