"Qarabağın erməni sakinləri Ermənistandan geri qayıtmaq istəyir" - Zaxarova

   "Qarabağın erməni sakinləri Ermənistandan geri qayıtmaq istəyir" -    Zaxarova
  04 Oktyabr 2023    Oxunub:1005
" Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti və digər məsələlər azərbaycanlı həmkarlar ilə birgə müəyyən ediləcək". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Zaxarova sülhməramlıların Qarabağda missiyasını uzatmağın mümkün olub-olmaması sualına "məsələ “yerdə” vəziyyət nəzərə alınmaqla həll olunacaq", -deyə cavab verib.

"Qarabağın erməni sakinlərinin bir hissəsi müvafiq şərait olarsa və təhülkəsizlikləri təmin olunarsa, Ermənistandan geri qayıtmaq fikrindədirlər. Biz bununla bağlı məlumatlar almışıq.

Əgər belədirsə, o zaman Azərbaycan tərəfi ilə təmas zamanı bu proseslərə kömək edəcəyik”, - deyə rusiyalı diplomat bildirib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti