Ankarada Rusiya və Türkiyə XİN rəsmiləri görüşəcək

Ankarada Rusiya və Türkiyə XİN rəsmiləri görüşəcək
  04 Oktyabr 2023    Oxunub:858
Rusiya və Türkiyə arasında oktyabrın 5-də iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirak ilə siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirlyinin press-relizində bildirilib. Qeyd olunub ki, görüş Ankarada keçiriləcək. Eyni zamanda, müzakirə mövzularından biri beynəlxalq strukturlarla, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə qarşılıqlı fəaliyyət olacaq.

“Türkiyə xarici işlər nazirinin müavini və Aİ-dəki daimi nümayəndəliyinin rəhbəri Mehmet Bozay cümə axşamı Ankarada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin ilə siyasi məsləhətləşmələr aparacaq”, - sənəddə deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti