Avropa Çinin elektromobillərinə xüsusi rüsumlar tətbiq edə bilər

   Avropa Çinin elektromobillərinə xüsusi rüsumlar tətbiq edə bilər
  04 Oktyabr 2023    Oxunub:894
Avropa Komissiyası (AK) Çin elektrik avtomobillərinin istehsalında qeyri-qanuni dövlət subsidiyaları aşkar edərsə, onlara xüsusi rüsumlar tətbiq edəcək.
Bu barədə AK nümayəndəsi Olof Qill bildirib. Avropa Komissiyası Çindən elektriklə işləyən avtomobillərin idxalı ilə bağlı araşdırmaya başlayıb. AK Çinli avtomobil istehsalçılarının qeyri-qanuni subsidiyalar alıb-almadığını və bu subsidiyaların Avropanın elektrik avtomobil istehsalçılarına zərər verə biləcəyini öyrənəcək.

Qill, araşdırmanın 13 aya qədər çəkə biləcəyini, lakin müvəqqəti gömrük rüsumlarının doqquz ay ərzində tətbiq oluna biləcəyini söylədi.

“Bu fərziyyələrin hər ikisi təsdiqlənərsə, araşdırma subsidiyaların idxalçılar, istehsalçılar və istifadəçilərə nəticələrini və təsirini araşdıracaq. Araşdırmanın nəticələrinə əsasən, Avropa Komissiyası bunun Aİ-nin maraqlarına uyğun olduğunu hesab edərsə, Çinin elektrik avtomobillərinə xüsusi rüsumlar tətbiq etməyə qərar verəcək”, - Qill bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti