"Ermənistanı Rusiya yox, Avropa İttifaqı satdı" - Zaxarova

   "Ermənistanı Rusiya yox, Avropa İttifaqı satdı" -    Zaxarova
  04 Oktyabr 2023    Oxunub:854
"Avropa İttifaqı Rusiyaya yox, Ermənistana xəyanət etdi. Brüssel isə atəşkəsi asanlaşdırmaq və ya humanitar yardım göstərmək barədə düşünmədi".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Rusiya sülhməramlıları atəşkəsin əldə edilməsində vasitəçi kimi çıxış etdilər. Bunu Avropa İttifaqı da kənardan müşahidə etdi, hətta heç bir praktiki şəkildə kömək etməyi düşünmədi.

Ölkəmizin nümayəndələri Qarabağa humanitar yardımın çatdırılmasını təşkil etdilər, Ermənistana gedən Qarabağ sakinlərini müşayiət etdilər. Aİ bütün bunlara susaraq, kənardan baxdı. Üstəlik Ermənistan vətəndaşlarını qızışdırdı ki, guya Rusiya onlara xəyanət edib, əslində isə ermənilərə xəyanəti məhz onlar etdi.

Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil. Onlar üçün prioritet Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqi aparmaq və provokasiya yaratmaqdır.

Onlar əvvəlcə Ermənistana nəsihət və vədlər verməklə məşğul idilər, sadəcə olaraq, rəsmi İrəvanı özlərinin növbəti tələlərinə saldılar, sonra isə vəziyyətin necə inkişaf etdiyinin səssiz şahidi oldular", -Zaxarova deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti