İran prezidenti: "NATO-nun Cənubi Qafqazda mövcudluğu qəbuledilməzdir"
"Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda yerləşməsi və region ölkələrinin milli təhlükəsizliyi üçün təhlükə yaradan ərazidir. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır", - IRNA agentliyi prezidentin sözlərindən sitat gətirir.
Agentlik qeyd edir ki, Ermənistan və Azərbaycan nümayəndələri öz növbəsində İran Nazirlər Kabinetinin rəhbərinə regiondakı mövcud vəziyyətlə bağlı ətraflı hesabatlar təqdim ediblər.
Bundan əvvəl İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşdə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin region ölkələri tərəfindən xarici oyunçuların iştirakı olmadan, yəni “üç üstəgəl üç” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) həll edilməli olduğuna əmin olduğunu bildirib.
AzVision.az
Teqlər: