Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

   Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək
  04 Oktyabr 2023    Oxunub:1434
Berlin Ukraynanın taxıl ixracını qorumaq üçün Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Almaniyanın Ukraynaya əlavə bir IRIS-T hava hücumundan müdafiə sistemi və 10-dan çox "Gepard" özüyeriyən zenit silahı göndərməyi gözlənilir. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, silahlar bu ilin sonuna qədər Ukraynaya çatmalı və Rumıniyaya göndərilən yükləri əhatə etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti