İran rəsmisi: "Region ölkələrinin sərhədlərinin dəyişməsini qəbul etmirik"

   İran rəsmisi:    "Region ölkələrinin sərhədlərinin dəyişməsini qəbul etmirik"
  05 Oktyabr 2023    Oxunub:1266
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ölkəsinin Qafqaz böhranı ilə bağlı strategiyasını açıqlayıb.
O deyib ki, “İran region ölkələri arasında mövcud sərhədlərin dəyişdirilməsinə dözməyəcək”.

Tehran rəsmisi Azərbaycan-İran sərhədində avtomobil və dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunduğunu da qeyd edib.

İranın keçmiş xarici işlər naziri və BMT-dəki sabiq nümayəndəsi “İranın Qafqaz böhranı ilə bağlı strategiyası necədir?” sualına isə belə cavab verib: “Şübhəsiz ki, Qarabağ probleminin həllini tapması ilə Qafqaz regionundakı reallıqlar da dəyişib və indi biz bu həssas regionun digər problemlərinin həllinə necə kömək edə biləcəyimizi düşünməliyik”.

O, həmçinin vurğulayıb ki, "Vaxtilə bu bölgənin "öz ərazisi olmasını" İran keçmiş SSRİ-nin süqutundan sonrakı vəziyyəti qəbul edərək, hər zaman regionda baş verən proseslərə xeyirxah bir ata kimi, xüsusən də bölgədə coğrafi dəyişikliyə həssaslıqla yanaşıb".
AzVision.az



Teqlər: İran   Sərhəd  





Xəbər lenti