Naməlum şəxs Rusiyada beynəlxalq hava limanını yandırmaq istədi

   Naməlum şəxs Rusiyada beynəlxalq hava limanını    yandırmaq istədi
  05 Oktyabr 2023    Oxunub:1046
Rusiyada naməlum şəxs Sıktıvkar beynəlxalq hava limanında təxribat törətməyə cəhd edib. AzVision.az xəbər verir ki, bu barədə Shot teleqram kanalı məlumat yayıb.
Qeyd edilir ki, hadisə dünən səhər saatlarında baş verib: "Cinayətkar pilotlara eniş zolağına qədər olan məsafəni müəyyən etməsini tənzimləyən radio mayakların idarəetmə blokları ilə yarımstansiyanın binasını yandırmağa cəhd edib".

Teleqram kanalının məlumatına görə, hava limanının işçiləri binadakı havalandırma qapılarının açıldığını görüb və havada benzin iyinin olduğunu hiss ediblər. Hadisə yerinə aidiyyəti qurumların işçiləri cəlb olunub.

Cani 5 litrlik benzin kanistrini kəndirlə ventilyasiya bölgəsinə salıb sonra onu molotov kokteyli ilə yandırmağa çalışıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Hava-Limanı  





Xəbər lenti