Ermənistanda rəis 3,5 milyon dollar mənimsəyib

Ermənistanda rəis 3,5 milyon dollar mənimsəyib
  05 Oktyabr 2023    Oxunub:902
Ermənistan polisinin dövlət mühafizə xidməti baş idarəsinin keçmiş rəisi V.M. dövlət vəsaitlərini mənimsəməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, iş materiallarına əsasən, 2015-ci ildə Armavir Dövlət Mühafizə İdarəsinin rəisi X.A. dövlət vəsaitini mənimsəyib, ona hər ay min dollar köçürüb.

Baş Prokurorluq onu da qeyd edib ki, V.M. 1992-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən 821 128 rubl və 39 milyon dram civarında gəlir əldə edib. Məhz həmin dövrdə daşınmaz əmlaklar və digər mülklər əldə edib. Bundan başqa, adına depozitlər qoyulub, yüksək məbləğlərdə köçürmələr həyata keçirib.

İş materiallarına görə, o, qanunsuz olaraq 1,4 milyard dram (3,5 milyon dollar-red.) mənimsəyib.

Xatırladaq ki, məlum dövrdə sözügedən vəzifəni Vardan Minasyan tutub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti