Avropa İttifaqı Ermənistana 11 milyon avro ayırır

Avropa İttifaqı Ermənistana 11 milyon avro ayırır
  05 Oktyabr 2023    Oxunub:834
Avropa İttifaqı Ermənistana hüquq sektorunda islahatları davam etdirmək üçün 11 milyon avro ayıracaq.
AzVision.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyası (Aİ-nin icra orqanı-red.) ilə imzalanan müvafiq saziş hökumətin iclasında təsdiqlənib və parlamentə təqdim olunacaq.

İclasda ədliyyə nazirinin müavini Armenuhi Arutyunyanın bildirib ki, hazırkı proqram islahatların ikinci mərhələsini əhatə edir və əsas proqram çərçivəsində 9 milyon avro, əlavə işlər çərçivəsində isə 2 milyon avro vəsait nəzərdə tutur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti