Fransa bir həftə ərzində qoşunlarını Nigerdən çıxaracaq

   Fransa bir həftə ərzində qoşunlarını Nigerdən çıxaracaq
  05 Oktyabr 2023    Oxunub:868
Nigerdə ​​yerləşdirilən fransız qoşunları bir həftə ərzində Afrika ölkəsini tərk etməyə başlayacaq. Bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
“Bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı, təhlükəsiz şəkildə və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, - Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd edək ki, üsyançıların təyin etdiyi dövlət, daxili işlər, ictimai təhlükəsizlik və ərazi idarəetmə naziri Mohamed Tumba Əl-Cəzirə telekanalına deyib ki, o, Fransanın Nigerdən ordusunu geri çəkəcəyinə inanmır.

Nazir Parisin Nigerdə ​​terroru dəstəklədiyini və ölkənin öz resurslarını idarə etməsinə icazə vermədiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti