Balasanyan İrəvandadır və ağır xəstədir - "Pastinfo"

   Balasanyan İrəvandadır və ağır xəstədir -    "Pastinfo"
  05 Oktyabr 2023    Oxunub:1454
Xəbər verdiyimiz kimi Azərbaycan digər hərbi canilər kimi separatçıların keçmiş rəhbəri, hərbi cani Arayik Arutyunyanı da saxlayıb.
Sosial şəbəkələrin erməni seqmentində isə başqa bir müharibə cinayətləri törətmiş separatçının-Vitali Balasanyanın da saxlanılmasına dair dezinformasiyalar yayılır.

TASS: Şahramanyan Ermənistan ərazisindədir
Amma bu gün "Pastinfo" saytı Balasanyanın Ermənistan ərazisində olduğunu yazıb. Nəşr öz mənbələrinə istinad edib. Qeyd edilir ki, qondarma rejimdə mühüm vəzifələrdə çalışmış Vitali Balasanyan İrəvanda məskunlaşıb və səhhətində ciddi problemlər yaranıb.

"O hazırda həkim nəzarətindədir. Digər təfərrüatlar hələlik məlum deyil", - məqalədə yazılıb.

Xatırladaq ki, Vitali Balasanyan erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini işləyib. O, separatçıların “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Balasanyan azərbaycanlılara qarşı qəddar davranışları ilə də ad çıxarıb. O, Xocalı soyqırımının törədilməsində iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Hərbi-Cani  





Xəbər lenti