İslami: “Lisenziyası ləğv olunmuş müfəttişlərin sayı önəmli say deyil”
O, İranın nüvə fəaliyyətlərinin monitorinqini davam etdirilməsini və İrana girişinə qadağa qoyulan müfəttişləri “zorakı siyasi davranış” keçmişinə malik məqam kimi səciyyələndirib.
İslami əlavə işdən çıxarılan müfəttişlərin bir neçə ildir ki, İrana gəlməyənlər olduğunu vurğulayıb.
İranlı məmur ABŞ-nin avropalı müttəfiqlərinin öz öhdəliklərini heç birini yerinə yetirmədikləri halda agentliyin bir neçə müfəttişinin fəaliyyəti ilə bağlı siyasi davranış və psixoloji əməliyyatlarla JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) bütün müddəalarını birtərəfli qaydada həyata keçirmək üçün İrana təzyiq göstərməkdə ittiham edib.
Yeri gəlmişkən, nüvə proqramı ilə bağlı hərbi niyyətlərinin olduğunu davamlı şəkildə inkar edən Tehran, Xarici İşlər nazirinin dili ilə JCPOA üzrə danışıqlar yönündə “yeni perespektivlər” barədə açıqlama verib.
“Biz diplomatiya və danışıqlar yolundayıq və razılaşmaya yaxınlaşan kimi sizə məlumat verəcəyik”, - İranın XİN rəhbəri Abdullahiyan bildirib.
AzVision.az