"Türkiyə Ukrayna ilə bağlı növbəti toplantıya ev sahibliyi edəcək" - Bloomberg
İstanbulda keçiriləcək görüşdə məhdud sayda rəsmilərin, o cümlədən ABŞ nümayəndələrinin iştirakı gözlənilir. Lakiin Ağ Ev konkret kimin iştirak edəcəyini hələ müəyyənləşdirməyib.
"İclasın təşkilatçıları Çinin də bu müzakirə raundunda iştirakını istəyir, lakin Pekinin öz nümayəndəsini göndərib-göndərməyəcəyi hələlik məlum deyil", nəşrin mənbələri bildirb.
Rusiya keçən görüşdə olduğu kimi dəvət olunmayıb.
Qeyd edək ki, Türkiyədə planlaşdırılan görüş Ukraynadakı müharibənin nizamlanmasına dair müzakirələrin aparıldığı üçüncü belə tədbir olacaq. İyun ayında analoji tədbir Danimarka, avqustda isə Səudiyyə Ərəbistanı tərəfindən keçirilib.
AzVision.az
Teqlər: