Ermənistan könüllülər briqadası yaradır

Ermənistan könüllülər briqadası yaradır
  05 Oktyabr 2023    Oxunub:972
Ermənistanda təbii fəlakətlər zamanı istifadə olunacaq könüllülər briqadası yaradılacaq.
AzVision.az xəbər verir ki, cümə axşamı hökumətin iclasında bu və digər fəlakətlərin idarə olunması üzrə kompleks proqram təsdiq edilib.

Proqrama əsasən xüsusilə, İrəvan, Vanadzor və İranla sərhəddə (Mehri ilə Aqarak şəhərlərində) zəlzələ risklərinin yenidən qiymətləndirilməsi aparılacaq. Tavuş, Qeqarkunik, Sünik və Kotayk rayonlarında isə 15 yeni hidrometeoroloji stansiya quraşdırılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti