“Arəş” qaz yatağı 2029-cu ilə kimi tam şəkildə fəaliyyətə başlayacaq

“Arəş” qaz yatağı 2029-cu ilə kimi tam şəkildə fəaliyyətə başlayacaq
  05 Oktyabr 2023    Oxunub:966
İranın “Arəş” adlandırdığı Fars körfəzindəki “Əl-Dura” qaz yatağı 2029-cu ilə qədər tam işlək olacaq.
AzVision.az xəbər verir ki, “Kuwait Petroleum” şirkətinin baş direktorunun müavini belə məlumat yayıb.

Küveytlə Səudiyyə Ərəbistanı arasında bu qaz yatağı ilə bağlı razılaşma bu yataqla bağlı öz hüquqlarını irəli sürən İranın etirazı ilə nəticələnib.

Səudiyyə Ərəbistanı və Küveyt sözügedən qaz yatağının sırf onlara məxsus olduğunu iddia etsə də, Tehran “Arəş” yatağı ilə bağlı hüquqlarının pozulmasına “dözməyəcəyini” vurğulayıb.

İndiyədək tərəflər arasında dənizdə bu qaz yatağından istifadə sərhədinin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlar nəticəsiz qalıb. Lakin Küveytin neft naziri ölkəsinin İranla dəniz sərhədlərinin müəyyən edilməsi üçün razılaşmanı gözləməyəcəyini, bu ərazidə qazma və qaz hasilatına başlayacağını bildirib. “Kuwait Petroleum” şirkətinin baş direktor müavininin verdiyi açıqlamalar da bu ruhdadır.

Qiymətləndirmələrə görə, Buşəhr əyalətində və Səudiyyə Ərəbistanı və Küveytin şərq sahillərində yerləşən Arəş (Əl-Durra) qaz yatağında təxminən 20 trilyon kvadrat fut qaz ehtiyatı var.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti