İran gələn il orbitə ən azı 8 peyk çıxaracaq

İran gələn il orbitə ən azı    8 peyk çıxaracaq
  05 Oktyabr 2023    Oxunub:934
İranın Kosmik Agentliyi gələn il azı səkkiz peyk, həmçinin bir sıra tədqiqat mikropeykləri hazırlayaraq orbitə çıxarmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Plana uyğun olaraq, “Zəfər-2”, “Pars-1”, “Nahid-2”, “Navok-1” peyklərinin, o cümlədən bir sıra tədqiqat mikropeyklərinin istehsalı üzrə layihələr başa çatdırılacaq. “Pars-2” və “Nahid-3”, həmçinin “Pars-3” peyki və 30 metrlik axtarış-xilasetmə peykinin hazırlanması, layihələndirmə və tikinti işləri üçün müqavilə imzalanacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə İran Kosmik Agentliyinin rəhbəri Həsən Salari oxşar mövzuda bəyanat yaymışdı. O demişdi ki, iranlı mütəxəssislər Yer kürəsinin geostasionar orbitinə peykləri çıxara biləcək “Sarir” daşıyıcı raketlərinin istehsalına başlayıblar.
Sentyabrın sonunda isə İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bəyan etmişdi ki, SEPAH Aerokosmik Qüvvələri üçüncü hərbi peyk olan Nur-3-ü orbitinə uğurla çıxarıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti