Centcom: “ABŞ-nin Fars körfəzində mövcudluğu İrana çəkindirici təsir göstərib”

   Centcom:    “ABŞ-nin Fars körfəzində mövcudluğu İrana çəkindirici təsir göstərib”
  05 Oktyabr 2023    Oxunub:1082
ABŞ Fars körfəzi bölgəsindəki qüvvələrinin sayını artırmaqla və gücünü göstərməklə İranın bu bölgədə gəmilərə hücum etməkdən geri çəkilməsinə səbəb olub.
AzVision.az xəbər verir ki, Amerikanın Yaxın Şərqdəki Hərbi Hava qüvvələrinin komandanı Aleksus Qrinkoviç Vaşinqtonda Müdafiə problemləri üzrə yazarlar qrupu ilə görüşdə belə bəyanat səsləndirib.

“İranın dəniz qüvvələri gəmilərə dəfələrlə hücum edib. Bu ilin əvvəlində Hörmüz və Oman dənizi hədəf alınsa da, ABŞ-nin güc nümayişi İranı geri itələməyə kifayət etdi. Cari ilin avqust ayında F-35 və F-16 qırıcılarını bir dəniz esminesi və 2500 Amerika dəniz piyadasının daxil olduğu amfibiya hücum qrupu ilə birlikdə Fars körfəzinə göndərmək barədə ABŞ-nin qərarı doğru olub və öz nəticəsini verib. İran ticarət gəmilərinə qarşı təzyiqləri gücləndirmək qərarına gələrsə, ABŞ öz gücünü bir daha göstərməyə hazırdır. Birləşmiş Ştatlar geri qayıtmaq və qüvvələrini bir daha artırmaq iradəsinə malikdir”, - Qrinkoviç deyib.


Birləşmiş Ştatlar İranın son iki ildə beynəlxalq bayraqlı 20-yə yaxın ticarət gəmisinə təcavüz və hücum etdiyini və ya ələ keçirdiyini bildirir.

Son aylar ərzində bölgəyə F-35 döyüş təyyarələri göndərən Vaşinqton, dünyada istehlak edilən neftin 20%-nin keçdiyi Fars körfəzində naviqasiya sərbəstliyi yaratmağa çalışıb.
AzVision.az




Teqlər: ABŞ   İran  





Xəbər lenti