İranda daha bir əxlaq polisi zorakılığı: Gənc qız komaya düşüb

      İranda daha bir əxlaq polisi zorakılığı:    Gənc qız komaya düşüb
  05 Oktyabr 2023    Oxunub:987
İranın paytaxı Tehranda daha bir gənc qız hicab qanununu pozduğu iddiası ilə əxlaq polisi tərəfindən döyülərək komaya salınıb.
AzVision.az xəbər verir ki, Tehran metrosunda döyülən 16 yaşlı Armita Geravandının xəstəxanada müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

"Euronews"da yer alan xəbərə görə, əxlaq polisinin gənc qıza hücum edərək bədəninə ağır xəsarətlər yetirməsi barədə məlumatı mətbuata İranın iki aparıcı hüquq müdafiəçisi verib.

Yeniyetmənin vəziyyətinin ciddiliyi onun ötən il əxlaq polisinin nəzarətində olarkən komaya düşərək dünyasını dəyişən 22 yaşlı kürd qadını Məhsa Əmini ilə eyni aqibəti yaşaya biləcəyi ilə bağlı narahatlıq yaradır.

Səlahiyyətli şəxslər isə bütün iddiaları rədd edib. İranın Daxili İşlər Nazirliyi “hücum” ittihamlarını şərh etməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti