Zelenski: "Bizi çox çətin qış gözləyir"

      Zelenski:    "Bizi çox çətin qış gözləyir"
  05 Oktyabr 2023    Oxunub:964
"Bizi çox çətin qış gözləyir. Bu dövrdə Rusiyadan çoxlu hücumlara məruz qalacağıq. Rusiya Avropa qitəsi üçün təhlükə olacaq. Ona görə də bizə mümkün qədər çox hava hücumundan müdafiə sistemi və raket lazımdır".
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İspaniyanın Qranada şəhərində keçirilən 3-cü Avropa Siyasi Birliyinin iclası öncəsi jurnalistlərə açıqlamasında deyib.

Ukrayna prezidenti ABŞ-ın daxili siyasətində baş verən proseslərlə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, ABŞ prezidenti (Co) Baydenlə görüşündə Ukraynanı 100 faiz dəstəklədiyini qeyd edib: "ABŞ-da Konqresin hər iki tərəfi bizi dəstəkləyir. Amma bilirəm ki, seçki dövrləri həmişə mürəkkəb olur”.

AzVision.az


Teqlər:





Xəbər lenti