Ermənistanın müdafiə naziri istefa ərizələri yazıb - "Hraparak"

   Ermənistanın müdafiə naziri istefa ərizələri yazıb -    "Hraparak"
  05 Oktyabr 2023    Oxunub:1135
Ermənistanın müdafiə naziri növbəti dəfə dəyişə bilər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Hraparak" Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yazır ki, "nazir Suren Papikyan son zamanlar bir neçə dəfə vəzifədən getməsi ilə bağlı ərizə yazıb". O, ən azı nazirlikdəki bəzi məmurlara dar çərçivədə belə bir niyyətinin olduğunu bəyan edib. Lakin Nikol Paşinyan naziri məlum niyyətindən geri çəkilməyə inandırıb.

Zatulin: "Artıq sülhməramlılar Qarabağda günlərini sayırlar"
Nəşr yazır ki, Moskva ilə ən çox təmasda olan məmurlardan biri kimi tanınan Suren Papikyan Paşinyanın anti-Rusiya siyasətinə görə rus fiqurlarının təzyiqinə məruz qalır.

"Dünən də xəbər vermişdik ki, hakim partiyada hələ də Paşinyanın siyasətindən, xüsusən də onun anti-Rusiya addımlarından narazı olan və bunun təhlükəli nəticələri gətirib çıxaracağını inanan sağlam düşüncəli insanlar var. Bəzi məlumatlara görə, Papikyan da bu fikri dəstəkləyir”, - Məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti