BMT-nin İnsan Haqları Şurası: “İffət və Hicab” qanununun təsdiqi narahatlıq doğurur
“Bu bəyanat xatırladır ki, qadınların və qızların hüquqları ümumbəşəri insan hüquqlarının ayrılmaz və danılmaz hissəsidir və bu bəyannamə qadınlara qarşı gizli və aşkar ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını tələb edir. “İffət və hicab” qanun layihəsi məcburi hicaba əməl etməyən qadın və qızların cəzasını əhəmiyyətli dərəcədə artırır. Son hadisələr qanun və praktikada, ictimai və şəxsi həyatın bir çox aspektlərində geniş və sistematik ayrı-seçkiliklə üzləşən iranlı qadın və qızların ağır vəziyyətini daha da ağırlaşdırır”, - bəyanatda deyilir.
BMT-nin İnsan Haqları Şurasına üzv dövlətlər, habelə iranlı qadın və qızlara “ikinci dərəcəli vətəndaş” kimi münasibət göstərilməməsinin, onların “ayrı-seçkilik, nəzarət və cəza qorxusundan uzaq olaraq tam insan hüquqlarından istifadə etməsinin vacibliyini vurğulayıblar.
AzVision.az