İranlı ekspert Azərbaycana qarşı həddini aşdı

İranlı ekspert Azərbaycana qarşı  həddini aşdı
  05 Oktyabr 2023    Oxunub:1079
Ermənipərəst iranlı analitik Ehsan Movəhhediyan növbəti dəfə sərsəm fikirlər səsləndirib.
"Azad İran" teleqram kanalının yaydığı məlumata görə, o, “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Türkiyəni həyasızcasına hədələyib.

Ekspert qeyd edib ki, “Press TV" kanalına müsahibəsi zamanı Ermənistan hökumətinin Qərbə arxalanmasının mənasızlığı və onun İran və Rusiya ilə əməkdaşlığının zəruriliyi, Tehranın regionda konstruktiv, Türkiyənin isə "destruktiv" rolundan danışıb.

Bundan başqa, Ermənistan sevdalısı ermənilərin hüquqlarının təmin edilməsinin vacibliyi, təkfirçi və vəhhabilərin İran sərhədlərindən uzaq durması, Bakı ilə Türkiyənin Zəngəzuru “işğal etməyə” cəhd edəcəyi təqdirdə İranın atacağı qətiyyətli addımı barədə də söz açıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti