Zelenski Paşinyanla görüşdü - Foto

   Zelenski Paşinyanla görüşdü -    Foto
  05 Oktyabr 2023    Oxunub:1058
Ukrayna prezidenti Vladimir Zelenski və Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada görüşüblər. Onlar qısa görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər.
Bu barədə V. Zelenski "X"da yazıb.

“Ermənistanın baş naziri ilə ilk görüşümüz zamanı diqqətimizi Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə yönəltdik. Ukrayna regionun sabitliyində və onun xalqları ilə dostluq münasibətlərində maraqlıdır. Biz həmçinin ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələrimizi müzakirə etdik”, - deyə Zelenski yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti