“Kiməsə xəbərdarlıq etməyə nə haqqın var?” - Putin ABŞ və Qərbə səsləndi

   “Kiməsə xəbərdarlıq etməyə nə haqqın var?” -    Putin ABŞ və Qərbə səsləndi
  05 Oktyabr 2023    Oxunub:1102
“Kiməsə xəbərdarlıq etməyə nə haqqın var?”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında bildirib.


“Qərbli həmkarlarımız, xüsusən də ABŞ-dən olan həmkarlarımız nəinki özbaşına qaydalar qoyurlar, həm də kimin özünü necə aparmalı olduğunu da öyrədirlər. Hər halda sən kimsən? Kiməsə xəbərdarlıq etməyə nə haqqın var?”, - deyə Putin bildirib.

Putin belə deyənləri təkəbbürdən və müstəmləkəçilik dövrünün təfəkküründən qurtulmağa çağırıb:

“Çünki bu, çoxdan bitib və heç vaxt geri qayıtmayacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti