Əhmədinejadın İranı tərk etməsinə mane olublar, pasportu müsadirə edilib

   Əhmədinejadın İranı tərk etməsinə mane olublar, pasportu müsadirə edilib
  05 Oktyabr 2023    Oxunub:973
Sabiq Prezident Mahmud Əhmədinejadın İranı tərk etməsinə mane olublar, pasportu müsadirə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Əhməninejada yaxın Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Mahmud Əhmədinejad Qvatemalaya səfər edərkən İmam Xomeyni hava limanında təhlükəsizlik işçiləri onun pasportunu müsadirə edərək ölkədən çıxışına qadağa qoyub.

“Tasnim”in məlumatına görə isə bundan əvvəl ona Qvatemaladakı vəziyyət və səfər zamanı onun təhlükəsizliyinə təhdidlər yarana biləcəyi barədə məlumat verilib. Ona bu səfərdən çəkinməsinə dair xəbərdarlıq edilib.

Bildirilib ki, hazırda İranın Qvatemalada səfirliyi yoxdur və bu səfər keçmiş prezident üçün risklidir. Beləliklə, səfərin mümkün təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə Əhmədinejadın bu gün Qvatemalaya səfərinin qarşısı alınıb.

“Siyasi mövqeyindən asılı olmayaraq, indiki və keçmiş dövlət məmurlarınən hər biri üçün təhlükəsizlik aspektlərinə riayət olunması təhlükəsizlik orqanlarının adətən diqqət yetirdiyi məsələlərdəndir” , - məlumatda qeyd olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti