Türkiyə XİN AP-nın Azərbaycana qarşı qətnaməsini pislədi

   Türkiyə XİN AP-nın  Azərbaycana qarşı qətnaməsini pislədi
  05 Oktyabr 2023    Oxunub:1103
Avropa Parlamentinin (AP) bu gün Azərbaycanla bağlı qəbul etdiyi qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir.
Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir. Qeyd olunub ki, populizm, irqçilik, islamafobiya, antimultikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir.

“Aİ-nin gələcəyi üçün arzumuz ondan ibarətdir ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, hərtərəfli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır”.

Həmçinin əlavə olunub ki, Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, beynəlxalq hüquq normaları çərçivəsində sülhün təmin olunması üçün intensiv səylər göstərir.

“Ölkəmiz Ukrayna müharibəsi də daxil olmaqla, bütün münaqişə və humanitar böhranların yaşandığı sahələrdə qardaşlıq və ümumi maraqların bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizi bu istiqamətdə çəkisi və səylərindən istifadə olunan fundamental aktordur. Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”, - deyə bəyanatda vurğulanıb.


Teqlər:





Xəbər lenti