Türkiyə hərbçisi şəhid olub

Türkiyə hərbçisi şəhid olub
  06 Oktyabr 2023    Oxunub:982
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zonasında yaralanan piyada çavuşu Rəcəb Parlaq şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hərbçi 30 sentyabr tarixində terrorçuların atəşi nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti