Politico: Qranada sammiti Türkiyə və Azərbaycan olmadan uğursuzluqla nəticələnib
İspaniyanın bu şəhərində 700-ə yaxın jurnalist əbəs yerə toplaşaraq, Qarabağ, Balkanlardakı parçalanmalar və Avropa təhlükəsizlik sistemindəki çatışmazlıqlar kimi aktual problemlərin həlli üçün razılaşmalar gözləyirdi.
Görüşdə əsas oyunçuların, xüsusən də Türkiyə və Azərbaycanın iştirak etməməsi səbəbindən bu məsələlərdə irəliləyiş əldə etmək mümkün olmayıb.
Tədbirin təşkilatçıları yekun mətbuat konfransının niyə ləğv edildiyini dəqiq açıqlamayıblar. Bu, mini BMT-dir, liderlərin sövdələşə biləcəyi bazardır. Hətta ən böyük Qərb dövlətlərinin - Almaniya, İtaliya, Böyük Britaniya və Fransanın başçılarının da jurnalistlərə deyəcək sözü yox idi.
Sadəcə Fransa prezidenti Emmanuel Makronun bildirdiyi bir neçə uğurlu kibercinayətkarlıqla mübarizə üzrə razılaşmalar və Qarabağ məsələsi ilə bağlı danışıqlar olub. Lakin bu, çox da nəticə verməyib”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: