İranda polis bölməsində vətəndaşa işgəncə verən polis həbs edilib

İranda polis bölməsində vətəndaşa işgəncə verən polis həbs edilib
  06 Oktyabr 2023    Oxunub:1062
Zahidanın Şirabad 13-cü polis bölməsində Bəluc vətəndaşa elektrik şokerlə işgəncə verən polis məmuru həbs olunub.
AzVision.az xəbər verir ki, ədliyyə orqanlarına tabe olan “Mizan” agentliyi belə məlumat yayıb.

“Zahidan 13-cü polis bölməsinin polis məmuru və digər təqsirləndirilən şəxslər Sistan və Bəlucistan hərbi məhkəməsinə gətiriliblər. Onlara qarşı ittihamlar izah edildikdən sonar həmin şəxslər dərhal həbs olunublar. İşlə bağlı istintaqı davam edir”, - məlumatda deyilir.
Silahlı qüvvələrin məhkəmə təşkilatı isə belə hallarla bağlı qətiyyətli addımların atılacağını bildirib.

“İctimaiyyəti əmin edirik ki, prokurorluq və hərbi məhkəmə vətəndaşların hüquqlarına hörmətlə yanaşılması istiqamətində silahlı qüvvələrin mövqeyinə xələl gətirən və azyaşlılaraq qarşı törədilən istənilən pozuntu barədə qəti və vaxtında tədbir görəcək”, - açıqlamada deyilir.

Silahlı qüvvələrin ədliyyə təşkilatının elanından bir saat əvvəl Sistan və Bəlucistan əyalətinin polis komandanlığı başqa bir bəyanatda Şirabad Zahidan bölgəsinin polis rəisinin işdən çıxarılması barədə məlumat yayıb.

Bu açıqlamada Şirabad Zahidan polis bölməsinin rəisinin “nəzarətsizliyi və qanuni vəzifələrini yerinə yetirməməsi, tutduğu vəzifəyə görə məsuliyyət daşımadığı üçün” vəzifəsindən azad edildiyi və “onun pozuntusunun digər amillərlə yanaşı araşdırıldığı” bildirilib.


AzVision.az


Teqlər: İran   polis  





Xəbər lenti