Paris: "Tehran sabitliyi pozan raket fəaliyyətinə son qoymalıdır"

   Paris:    "Tehran sabitliyi pozan raket fəaliyyətinə son qoymalıdır"
  06 Oktyabr 2023    Oxunub:994
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa İran və SEPAH rəsmilərinin “Nur 3” peykini orbitə buraxmasından bir neçə gün sonra Tehrandan “sabitliyi pozan” raket fəaliyyətinə son qoymasını tələb edib.
AzVision.az xəbər verir ki, Fransa Xarici İşlər nazirliyinin sözçüsü Ann-Kler Lejandrın yaydığı bəyanatda İranın ötən həftə atdığı bu addımın Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olmadığı və Paris tərəfindən pisləndiyi vurğulanır.

“Kosmosa buraxılışlar və ballistik buraxılışlar üçün istifadə olunan texnologiyaların yaxınlığını nəzərə alsaq, bu buraxılış İranın ballistik raket proqramında həyəcan doğuran irəliləyişinə birbaşa töhfə verir. İranın bu hərəkəti ballistik raket proqramının beynəlxalq ictimaiyyəti nə dərəcədə narahat etməsi məsələsini bir daha xatırladır. Fransa beynəlxalq tərəfdaşları ilə birlikdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tam səfərbər olacaq”, - bəyanatda deyilir.

“Nur 3” peykinin orbitə göndərilməsi ilə bağlı xəbərlərə ilk reaksiyanı Vaşinqton verib. ABŞ-nin ardınca Böyük Britaniya və Almaniya hökumətləri bəyanat yayaraq İranın bu hərəkətini tənqid edib.

- İranın hərəkətləri bir daha onun beynəlxalq məhdudiyyətlərə məhəl qoymadığını göstərir və bu rejimin qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığını göstərir”, - Londonun bəyanatında deyilir.

Almaniyanın Xarici İşlər nazirliyi isə Berlinin və onun tərəfdaşlarının İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməkdə qərarlı olduğunu açıqlayıb.
AzVision.az


Teqlər: İran   Fransa  





Xəbər lenti