İranda müharibə qazisi 13 il müddətinə azadlıqdan məhrum edilib

İranda müharibə qazisi 13 il müddətinə azadlıqdan məhrum edilib
  06 Oktyabr 2023    Oxunub:1170
İran-İraq müharibəsində yaralananlardan biri Məhəmmədvəli Heydərbeygi 13 il həbs cəzasına məhkum edilib.
AzVision.az “Hrana” İnsan haqları saytının yaydığı məlumata istinadən xəbər verir ki, Əbhər şəhəri cinayət məhkəməsinin 103-cü şöbəsi Heydərbeyginin müdafiəçisinə təqdim olunan hökmə əsasən müharibə yaralısını “düşmən hökuməti ilə əməkdaşlıq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O həmçinin, “İran əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il, “rəhbərliyi təhqir etmək” ittihamı ilə 2 il, habelə “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq, rejimə müxalif qruplaşmalara üzv olmaq” ittihamı ilə 5 il, ümumilikdə isə 13 il həbs cəzası alıb.

Məhəmmədvəli Heydərbeyginin bədəninin 70%-dən çoxu yaralıdır. Ötən il noyabrın 19-da həbs olunan Heydərbeygi Zəncan Kəşfiyyat korpusunun təcridxanasına köçürülüb və dekabrda bir milyard tümən girov müqabilində azadlığa buraxılıb.
AzVision.az


Teqlər: İran   qazi  





Xəbər lenti