London: "İran hökuməti bəhailərə qarşı zülmü dayandırmalıdır"

   London:    "İran hökuməti bəhailərə qarşı zülmü dayandırmalıdır"
  06 Oktyabr 2023    Oxunub:1024
Böyük Britaniya İrandan bəhailərə qarşı təqiblərə son qoymasını tələb edib.
AzVision.az xəbər verir ki, Tehranın bəhai vətəndaşlara qarşı repressiv siyasətini pisləyən İngiltərənin Xarici İşlər nazirliyi həmin insanların hüqqularının qorunmasını tələb edən bəyanat yayıb.

“İranda bəhailərə qarşı davamlı təqiblər qəbuledilməzdir və biz İrandan bütün məhbus bəhailəri, xüsusən də yaşlı və həssas şəxslərin azad olunmasını tələb edirik. Britaniya din və etiqad azadlığının təşviqinə sadiqdir və İranda Bəhai icmasının hüquqlarının təşviqi üçün tərəfdaşları ilə işləməyə davam edəcək”, - bəyanatda deyilir.

Dərc olunan hesabatlar göstərir ki, “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra Bəhai icmasına təzyiqlər artıb və son bir il ərzində İranın 120-dən çox bəhai vətəndaşı İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və ya təzyiqlərə məruz qalıb.

Ötən həftə təhlükəsizlik agentləri Şirazda Roksana Vicdani, Baharə Qaderi, Səhər Mühibpur və Sitarə Təami adlı dörd bəhai vətəndaşını həbs edərək naməlum yerə aparıblar.
AzVision.az


Teqlər: bəhailər   təqiblər  





Xəbər lenti