İSNA: "Əhmədinejada qoyulan qadağa ləğv edilib"

   İSNA:    "Əhmədinejada qoyulan qadağa ləğv edilib"
  06 Oktyabr 2023    Oxunub:1111
Bir müddət əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın pasportunun müsadirə edilərək ona ölkəni tərk etmə “qadağası” qoyulduğu barədə məlumat vermişdik.
AzVision.az “İsna” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də axşam saatlarında Əhmədinejada qoyulan qadağa götürülüb və o, pasportunu geri alıb.

Yayılan məlumatda İranın sabiq prezidentinin Qvatemalaya səfəri üçün təhlükəsizlik məsuliyyətini qəbul edtiyi və ölkədən çıxmaq üçün icazə aldığı bildirilir.

Təhlükəsizlik rəsmiləri həmçinin onun Qlobal Su ehtiyatlarının idarəçiliyi üzrə Beynəlxalq simpoziumda iştirak etmək üçün Qvatemalaya səfərinə heç bir maneə olmadığını bildiriblər.

“Sabrin News” kanalı da “məlumatlı mənbələrə” istinadən xəbər verib ki, Əhmədinejadın Qvatemalaya səfər etmək israrından sonra “siyasi və təhlükəsizlik mülahizələri və bu səfərin onlar üçün mümkün nəticələrinə görə məsuliyyəti öz üzərinə götürdükdən” sonra, müvafiq qurumlar buna razılıq veriblər.

İran hökumətinə yaxın bəzi KİV-lər daha əvvəl “Qvatemaladakı siyasi vəziyyəti və həmçinin bu ölkədə təhlükəsizlik şəraitinin mümkünlüyü barədə xəbərlərin mövcudluğunu nəzərə alaraq, Mahmud Əhmədinejadın Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü və siyasi məmur kimi Qvatemalaya səfərinin ləğv edildiyini, ona beynəlxalq sanksiyalar və həbs ehtimalı səbəbindən bu səfərə getməməyin tövsiyə olunduğunu yazmışdılar.
AzVision.az


Teqlər: İran   Əhmədinejad  





Xəbər lenti