İranda turistlərə filtrsiz “SİM” kartların satışına başlanılıb

İranda turistlərə filtrsiz “SİM” kartların satışına başlanılıb
  06 Oktyabr 2023    Oxunub:1140
İran Rabitə və İnformasiya texnologiyaları naziri “turist sim kartları” kimi tanınan filtrsiz sim kartların mövcudluğunu inkar etsə də, ölkənin müxtəlif mobil operatorlarının internet səhifələrində belə kartların turistlərə rəsmi satışınına başlanıb.
AzVision.az xəbər verir ki, İranda fəaliyyət göstərən “First Companion”, “İrancell” və “Shuttle Mobile” mobil operatorları xarici turistlər üçün filtirsiz “SİM” kartların satışını həyata keçirir.

Öz veb-saytlarında xüsusi səhifələr ayıran mobil operatorlar, burada təfərrüatları, xüsusiyyətləri, qiymətləri və onları əldə etmək yollarını təqdim ediblər.

“First Mobile” saytında mövcud olan təsvirə görə, bu “SİM” kartlar “müxtəlif turist qrupları, zəvvar və ticarətçilərin ehtiyaclarına uyğun” qaydada təklif olunur.

“Shuttle Mobile” şirkəti də bu “SİM” kartların izahında onların xarici turistlərə “xüsusi paketlərlə” təqdim edildiyini vurğulayıb.

Bu kartların satışı yalnız xarici pasport təqdim edilməklə həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 4-də bu reallığı təkzib edən İranın Rabitə və İnformasiya texnologiyaları naziri İsa Zarepur, xarici turizm “SİM” adlı bir şeyin omadığını bildirib.
AzVision.az


Teqlər: İran   turistlər  





Xəbər lenti