Ermənistanda neft məhsulları qıtlığı yaranıb, Rusiyadan yardım istəyir

     Ermənistanda neft məhsulları qıtlığı yaranıb,  Rusiyadan yardım istəyir
  06 Oktyabr 2023    Oxunub:1166
Rusiya rəsmi İrəvanın müraciəti əsasında bu ölkəyə 15 min ton benzin və 20 min ton dizel yanacağı göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ermənistan rəhbərliyinin müraciətinə cavab olaraq, Rusiya respublikanın ehtiyac duyduğu neft məhsullarını tədarük etməyə başlayıb. Söhbət 15 min ton benzin və 20 min ton dizel yanacağından gedir. Tərəfdaşların müraciətindən məlum olduğu kimi, Ermənistanda bu sahədə vəziyyət asan deyil”, - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti