Fidan Blinkenlə danışdı

   Fidan Blinkenlə danışdı
  06 Oktyabr 2023    Oxunub:1100
Türkiyə Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Fidan ABŞ-ın müttəfiq olaraq Suriyanın şimalındakı terror təşkilatı YPG ilə əməkdaşlığın dayandırılmasının vacib olmasını Blinkenin diqqətinə çatdırıb.

O qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatları qətiyyətlə davam edəcək.

Görüşdə NATO-nun genişlənməsi məsələsi də müzakirə olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti