Sülhməramlılar Qarabağda üç müşahidə məntəqəsini bağladı

  Sülhməramlılar Qarabağda üç müşahidə məntəqəsini bağladı
  06 Oktyabr 2023    Oxunub:1230
Son 24 saat ərzində Rusiya sülhməramlıları Qarabağda iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində tərəflərin təmas xəttindən mühafizə postlarının tərksilah edilməsi və geri çəkilməsi ilə əlaqədar Şuşa və Əsgəran rayonlarında iki, Ağdərə rayonunda isə bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, separatçı rejim tərəfindən təhvil verilən silahların hesablanması davam edir.

Oktyabrın 6-na olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, bir PUA, 7 mindən çox atıcı silah və tank əleyhinə silah , təxminən 58,5 milyon sursat təslim edilib.

Bildirilir ki, gün ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti