Kadırovun oğlu Çeçenistan Qəhrəmanı oldu

   Kadırovun oğlu Çeçenistan Qəhrəmanı oldu
  06 Oktyabr 2023    Oxunub:1852
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Çeçenistan Qəhrəmanı adına layiq görülüb.
Bu barədə Dövlət Dumasının deputatı, Rusiya Qəhrəmanı Adam Delimxanov öz Telegram kanalında məlumat verib.

“Əziz qardaşım oğlunu Çeçenistan Respublikasının ən yüksək tituluna layiq görülməsi münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”,- o yazıb.

Onun sözlərinə görə, Adəm müsəlmanların əsas kitabı olan Quranı əzbərləməyi bacarıb və yüksək “Hafiz” (Quranı əzbərləyən) adını qazanıb. Bundan əlavə, oğlan bir neçə nüfuzlu qarışıq döyüş sənəti turnirində qalib gələrək idmanda uğur qazanmağı bacarıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti