Livan həbsxanasında yanğın və iğtişaş: 3 nəfər ölüb

   Livan həbsxanasında yanğın və iğtişaş:    3 nəfər ölüb
  06 Oktyabr 2023    Oxunub:1655
Livanın Zahle şəhərindəki həbsxanada baş verən yanğın nəticəsində 3 məhbus ölüb, 16 nəfər yaralanıb.
Bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən xəbər verir.

Rutin yoxlama zamanı qaçmağa çalışan məhbusların qazdığı çuxur aşkar etdikdən sonra başlayan iğtişaşda məhbuslar mebelləri yandırıb və iki zabiti girov saxlamağa cəhd ediblər.

"Yanğın lokallaşdırılıb və iğtişaşlar nəzarət altına alınıb", - mənbə əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti