Ermənistanda silahlı insidentlər olub

Ermənistanda silahlı insidentlər olub
  07 Oktyabr 2023    Oxunub:838
Ermənistanda iki silahlı insident olub, xəsarət alanlar var.
Bu barədə kriminal xəbər saytı “Shamshyan.com” xəbər yayıb.

Qeyd edilir ki, hadisələrdən biri dünən axşam saatlarında paytaxt İrəvanda baş verib. Atışma zamanı 25 yaşlı gənc xəsarət alıb.

Polis zərərçəkənin harada, hansı şəraitdə güllə yarası aldığını araşdırır və onun şəxsiyyətini də müəyyənləşdirir.

Daha bir silahlı insident Araqats (Alagöz) vilayətinin Aparan (Baş Abaran-red) rayonunda qeydə alınıb. İnsident zamanı 1 nəfər yaralanıb.

Hadisənin təfərrüatı açıqlanmır.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti