Sel 42 nəfərin ölümünə səbəb oldu - 142 nəfər itkin düşüb

Sel 42 nəfərin ölümünə səbəb oldu -    142 nəfər itkin düşüb
  07 Oktyabr 2023    Oxunub:978
Hindistanın şimalındakı Sikkim ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb.
Bu barədə xarici media məlumat yayıb.

Hökumət rəsmilərinin açıqlamasına görə, Sikkimdə 20, Qərbi Benqal ştatında isə 22 meyiti aşkarlayıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 42 nəfərə çatıb.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin intensiv axtarışları davam etdirilir.
AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti