Perunun rəsmi portalı erməni vəhşiliklərini işıqlandırıb

   Perunun rəsmi portalı erməni vəhşiliklərini işıqlandırıb
  07 Oktyabr 2023    Oxunub:883
Peru Jurnalistlər Federasiyasının rəsmi portalında dərc olunan “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalədə ermənilərin Azərbaycan ərazisindəki vəhşilikləri işıqlandırılıb.
Azərbaycanın Perudakı Səfirliyindən AzVision.az -a verilən məlumata görə, məqalədə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq, Azərbaycanın başladığı Vətən müharibəsi nəticəsində bu ölkənin silahlı qüvvələri tam məğlubiyyətə uğradılaraq təslim olub.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni, tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan edilməsindən, dini məbədlərin təhqir edilməsindən, ekosid, hər yerin minalanmasından dəhşətə gəldiklərini bölüşür.
AzVision.az



Teqlər: Peru  





Xəbər lenti