İsraildə silahlı qruplar polis bölməsini ələ keçiriblər - FOTO

İsrail ordusu silahlı qruplarla qarşıdurmaya girib. Yaralananların olduğu bildirilir. İsrail ordusu Sderot şəhərinin girişində yolları bağlayıb.
İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının ətrafındakı 80 kilometr radiusda olan ərazini hərbi zona elan edib.
Qəzzadan dörd ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub. Sosial mediada yaşayış məntəqələrində silahlı qruplarla baş verən toqquşmalar və israillilərin yaralandığını göstərən görüntülər paylaşılıb.
AzVision.az
Teqlər: İsrail