Nərgiz Məhəmmədiyə Nobel Sülh mükafatının verilməsi dünyada böyük rezonans doğurub

Nərgiz Məhəmmədiyə Nobel Sülh mükafatının verilməsi dünyada böyük rezonans doğurub
  07 Oktyabr 2023    Oxunub:1229
İranda tanınmış hüquq müdafiəçisi, hazırda həbsdə olan Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatının verilməsi ilk dəqiqələrdən qlobal miqyasda dəstəklənib.
AzVision.az BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Nobel Sülh mükafatının Nərgiz Məhəmmədiyə verilməsinin İran qadınlarının cəsarət və qətiyyətinə vurğun olduğunu bildirib.

“Cavab tədbirləri, hədə-qorxu, zorakılıq və həbslər qarşısında biz onların cəsarət və qətiyyətlərini gördük. İranlı qadınlar geyindikləri və ya geyinmədikləri şeylərə görə təzyiqlərə məruz qalıblar. Onlara qarşı daha sərt hüquqi, sosial-iqtisadi tədbirlər görülür. Bu, həqiqətən də iranlı qadınların cəsarətini və qətiyyətini və onların dünyaya necə ilham olduğunu göstərən bir şeydir”, - Ali Komissarlığın sözçüsü Elizabeth Trussell vurğulayıb.

Amerika Qələm Assosiasiyası da xanım Məhəmmədiyə Nobel Sülh Mükafatının verilməsini alqışlayıb.

Həmçinin 2023-cü idə eyni mükafatı qazanan iranlı Şirin Ebadi Nərgiz Məhəmmədinin “ömrünü azadlıq, bərabərlik və insan haqlarının qorunması uğrunda mübarizəyə sərf etdiyini” söyləyib.

- İyirmi ildən sonra Nobel komitəsi mükafatı vermək üçün yenidən bir iranlı seçdi. Nərgiz Məhəmmədi ömrünün uzun illərini azadlıq, bərabərlik, insan haqlarının müdafiəsi uğrunda mübarizəyə sərf edib və bu gün mübarizəsinin nailiyyətlərini görmək əvəzinə dəmir barmaqlıqlar arxasında qalıb. Bəlkə Nərgizin bu mükafatı almasından xəbəri belə yoxdur, bu gün İran qlobal və beynəlxalq bir şəxsiyyəti dəmir barmaqlıqlar arxasında saxlayıb. Nargiz Məhəmmədi qeyd-şərtsiz azad edilməlidir”, - Ebadi deyib.
AzVision.az


Teqlər: İran   Məhəmmədi  





Xəbər lenti