Netanyahu: İordan çayının qərb sahilində baş verənlərə görə İran məsuliyyət daşıyır
Netanyahu İranı İordan çayının qərb sahilində İsrail vətəndaşlarının öldürülməsini təşviq edən və maliyyələşdirən terror dalğasının arxasında dayanan birbaşa amil adlandırıb.
O, bütün bunlara baxmayaraq, İsrail ordusunun İordan çayının qərb sahilində “terrorçuların yuvalarını təmizləmək” vəzifəsini “cəsarətlə və qətiyyətlə” davam etdirəcəyini və İsrail vətəndaşlarını qoruyacağını vurğulayıb.
İsrailin “Şabak” Daxili təhlükəsizlik təşkilatının üzvləri və “Müstərabin” xüsusi təyinatlı dəstəsində fələstinli ərəb libasına girən sərhədçilər çərşənbə günü axşam saatlarında Fələstin silahlı qüvvələrinə qarşı əməliyyatlar aparmaq üçün Tulkərm şəhərinə girəndən sonra pusquda yaralanıblar. Yaralı İsrail təhlükəsizlik qüvvələrinin üç əməkdaşının vəziyyətinin “ağır” olduğu bildirilir.
AzVision.az