HƏMAS 35-ə yaxın İsrail əsgəri və sakini əsir götürüb

   HƏMAS 35-ə yaxın İsrail əsgəri və sakini əsir götürüb
  07 Oktyabr 2023    Oxunub:1229
HƏMAS hərəkatı İsraildəki əməliyyat zamanı 35-ə yaxın İsrail əsgəri və sakini əsir götürüldüyünü açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Əl-Hədas telekanalı radikal qrupunun bəyanatından sitat gətirib.

Həmçinin qeyd edilib ki, HƏMAS İsrailin Kərəm Əbu Salim sərhəd-buraxılış məntəqəsi və onun ətrafındakı hərbi obyekti ələ keçirib.

Fələstinin rəsmi WAFA agentliyinin məlumatına əsasən, Qəzza zolağında İsrail ordusu ilə döyüşlərdə 4 fələstinli ölüb, 5-i yaralanıb.

“The Times of Israel”in məlumatına görə, HƏMAS-ın hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti