Siyasi məhbus tibb müəssisələrinə müraciətdən məhrum olunub
Xanım Cəlalyan həmçinin “böyrək və həzm sistemi xəstəlikləri kimi çoxsaylı digər tibbi problemlərdən” əziyyət çəkir.
Zeynəb Cəlalyanın valideynləri həbsxanadakı məhdudiyyətlərə və övladlarının qeyri-müəyyən statusuna etiraz edərlərsə, müəyyən danışıqlar apararlarsa, müvafiq orqanlar tərəfindən təhdid və təzyiqlərə məruz qalacaqlarını bildiriblər.
2007-ci ildə həbs olunmuş xanım Cəlalyana, 2009-cu ildə “ölkəni qeyri-qanuni tərk etmək” ittihamı ilə bir il, “rejimə qarşı çıxan qruplara üzv olmaq yolu ilə müharibə aparmaq” ittihamı ilə isə ömürlük həbs cəzası verilib.
AzVision.az